Gürcüstandan Azərbaycana avtomobil idxalında kəskin azalma

Son 10 ayın göstəriciləri açıqlandı…

Son 10 ayın göstəriciləri açıqlandı.

Gürcüstanın Milli Statistika İdarəsi ölkənin 2014-cü ilin yanvar-oktyabr aylarında həyata keçirdiyi xarici ticarət əməliyyatları barədə məlumat yayıb.

Oxu.Az Geostat-ın məlumatına əsasən xəbər verir ki, cari ilin son 10 ayı ərzində Gürcüstandan Azərbaycana dəyəri 231 milyon 942,2 min dollar dəyərində 15 min 903 ədəd avtomobil gətirilib.

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycandan Gürcüstana 509 milyon 360,4 min dollar həcmində məhsul satıldığı halda, Gürcüstandan ölkəmizə ixracın həcmi 473 milyon 778,6 min dollara bərabər olub. Qarşılıqlı ticarətin ümumi həcmi isə 983 milyon 139 min dollara çatıb.

Ölkəmiz Gürcüstanın xarici ticarətində 19,5% payla ilk yerdə qərarlaşıb. Növbəti pillələrdə isə Ermənistan, Rusiya və Türkiyə mövqe tutublar.

www.oxu.az