İsrailin xüsusi xidmət orqanları əməliyyat keçiriblər…
İsrailin xüsusi xidmət orqanları əməliyyat keçiriblər.
İsrailin xüsusi xidmət orqanları ölkənin xarici işlər naziri Aviqdor Libermana qarşı sui-qəsdin qarşısını alıb.
Oxu.Az-ın Frans-Press Agentliyinə istinadən verdiyi xəbərə görə, məlumatı İsrailin “Şin Bet” Daxili Təhlükəsizlik Xidməti yayıb.
Məlumata görə, xidmətin əməkdaşları A.Libermanın qətlə yetirilməsini planlaşdıran HƏMAS hərəkatının üç üzvünü həbs ediblər.
Şübhəli şəxslər avtomobil kortejinin İordan çayının qərb sahili boyu – nazirin yaşadığı Tekoa yaşayış məntəqəsinə doğru marşrutu ilə bağlı məlumatlar toplayırmışlar.
Saxlanılan şəxslər XİN rəhbərinin avtomobilini atəşə tutmaq məqsədilə qumbaraatan əldə etməyi planlaşdırıbmışlar, məlumatda deyilir.
Qeyd edək ki, İsraildə sonuncu terror aktı noyabrın 18-də törədilib. Bıçaq və tapança ilə silahlanmış iki fələstinli Xar-Nofdakı (Qüds) sinaqoqa hücum edərək, beş nəfəri öldürüb, yeddi nəfəri isə ağır yaralayıblar.
Noyabrın 5-də HƏMAS-ın tərəfdarı əyləşdiyi avtomobillə piyadalara çırpılıb. Onu polislər güllələyiblər. İnsident nəticəsində 14 nəfər yaralanıb, onlardan 1-i dünyasını dəyişib.