Beynəlxalq tədbir keçiriləcək…
Beynəlxalq tədbir keçiriləcək.
Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirdə iştirak edəcəklər.
Oxu.Az xəbər verir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, Almaniyanın Hərbi Təhsilə Yardım Proqramına əsasən iyunun 23-dən iyulun 11-dək Hammelburq şəhərində (Almaniya) BMT hərbi müşahidəçiləri kursu keçiriləcək.
Tədbirdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.