Noyabrın 11-dən 14-dək Bakıda beynəlxalq tədbir keçiriləcək…
Noyabrın 11-dən 14-dək Bakıda beynəlxalq tədbir keçiriləcək.
Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək.
Müdafiə Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, noyabrın 11-dən 14-dək Bakı şəhərində “Müdafiənin planlaşdırılması prosesində strateji konspesiyanın hazırlanmasının rolu” mövzusunda seminarın keçirilməsi planlaşdırılır.
Noyabrın 12-dən 13-dək isə Vilnüs şəhərində (Litva) “Hərbi sahədə tətbiq edilən innovativ enerji vasitələri” mövzusunda konfrans və sərgi keçiriləcək.
Tədbirlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.