Həyəcan təbili çalındı: Azərbaycanın 6 rayonu 1 saat ərzində məhv ola bilər

 “23 ildir Sərsəng su anbarının işğal altında qalması həm də 6 rayona iqtisadi, ekoloji və bioloji ziyan vurur “…

“23 ildir Sərsəng su anbarının işğal altında qalması həm də 6 rayona iqtisadi, ekoloji və bioloji ziyan vurur “. Milli.Az El TV-yə istinadən xəbər verir ki, bu barədə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının təşəbbüsü ilə Yevlaxda keçirilən tədbirdə məlumat verilib. Bildirilib ki, yaranmış böhranlı vəziyyət barədə beynəlxalq qurumlara məlumatlar verilir:

“Azərbaycan bu ərazidə yaşayan Azərbaycan sakinlərinin külli miqdarda ərizə və şikayətlərini beynəlxalq təşkilatlara göndərib ” Sərsəng su anbarının 1976-cı ildə inşa edildiyini bildirən Elxan Süleymanov mövcud vəziyyət davam edəcəyi təqdirdə bunun böyük fəsadlar törədə biləcəyini deyib: “Bu vəziyyət Azərbaycanın daha 6 rayonunu böyük əzablı və təhlükəli həyat yaşamağa vadar edir. Təkcə suların çirklənməsini yox, ümumiyyətlə, 6 bölgənin susuz qalmasını, torpaqların susuzluqdan cadar-cadar olmasını dünyaya çatdırırıq. Sərsəng su anbarı ermənilər tərəfindən təmir edilməyib. Əgər fəlakət baş verərsə, dərhal bu rayonlar 1 saat ərzində yerlə yeksan olar “.

Tədbirin sonunda “Sərsəng harayı” adlı müsabiqənin qalibləri olan rəssam və jurnalistlər mükafatlandırılıblar. Onlara diplom və serfikatlar təqdim edilib.

 
Milli.Az