Həmyerlimiz Avropada vitse-prezident seçildi

Avropa MMA Assosiasiyasının vitse-prezidenti vəzifəsinə azərbaycanlı seçilib…

Avropa MMA Assosiasiyasının vitse-prezidenti vəzifəsinə azərbaycanlı seçilib.

Avropa MMA Assosiasiyasına yeni rəhbər seçilib. 

Oxu.Az AzərTAc-a istinadən xəbər verir ki, təşkilatın konqresində hollandiyalı Aleks Engelhard qurumun prezidenti seçilib. 

Azərbaycan MMA Liqasının fəxri prezidenti Rövşən Həsənov isə Assosiasiyanın vitse-prezidenti seçilib. Azərbaycanın idman tarixində ilk dəfə olaraq həmyerlimizə MMA-da qitə miqyaslı yüksək vəzifə etibar edilib.

Konqresdə çıxış edən Rövşən Həsənov göstərilən etimada görə təşəkkürünü bildirib. O, Avropada idmanın bu növünün inkişafı üçün səylə çalışacağını söyləyib.

www.oxu.az