Düşmənin helikopterini vurması xəbərini eşidəndə sevincimin həddi olmadı…
Düşmənin helikopterini vurması xəbərini eşidəndə sevincimin həddi olmadı.
Ermənistan helikopterini vuran Azərbaycan hərbçisi İlkin Muradov kimdi? Сəbhə xəttində xidmət edən hərbçimizlə görüşmək mümkün olmasa da, bölgə müxbirimiz Esmira İsmayılova helikopteri vuran İlkin Muradovun ailəsində olub.
Neftçala rayonun Xolqarabucaq kəndinə gəlişimizin məqsədi Muradovlar ailəsinin sevincinə şərik olub doğmalarının bu xəbərə reaksiyasını öyrənmək idi. Cəhbə bölgəsində baş verənlərdən xəbər tutan ailənin fərəhi sözlə ölçülməzdir.
Oxu.Az-ın ANS TV-yə istinadən məlumatına görə, dünən günorta saatlarında cəbhənin Ağdam istiqamətində mövqelərimizə hücuma cəhd edən Ermənistan Silahlı Qüvvələrinə məxsus Mi-24 tipli helikoteri açdığı atəşlə məhv edən İlkin Muradovun şücaətinə bütün Xolqarabucaq sevinir.
Muradovlar 2 bacının bir qardaşı, ailənin ilki olan 24 yaşlı İlkinlə fəxr etdiklərini, qurur duyduqlarını dedilər.
İlkinin atası Məmməd Muradov deyir ki, oğlunun helikopteru vurması ilə bağlı xəbəri televizorda görəndə sevincinin həddi-hüdudu olmayıb: “Baxanda ki, düşmənin helikopterini vurub yerə salıb, sevincimin həddi olmadı. Mən fəxr edirəm oğlumla. Azərbaycana belə oğullar lazımdır”.
İlkinin anası Rəxşəndə Muradova isə deyir ki, oğlu ona zəng etsə də helikopteri vurmasını deməyib. “Zəng edəndə mənə demədi. Mən ANS-dən eşitdim ki, helikoter vurub. Çox sevindim. Oğlumla qürur duyuram. Mənim kimi heç kəs sevinə bilməz”.
İlkinin atıcı sərrastlığından qurur duyan həm də müəllimləridir. Bu ilin may ayından müddətdən artıq hərbi xidmət qulluqçusu olan İlkinin müdafiə naziri, general polkovnik Zakir Həsənov tərəfindən “Hərbi xidmətdə fərqlənməyə görə ” 3-cü dərəcəli medalla təltif edilməsi və qiymətli hədiyyəyə layiq görülməsi onun hərbi müəlimini daha cox fərəhləndirir.
İlkinin düşmən helikopterini vurması, atıcı sərrastlığı və vətənpərvərliyi indi yaşıdlarının ən çox paylaşdığı xəbərdir.
İlkinin məktəb yoldaşı Xalid Abdullayev: “Xəbərlər proqramına baxanda Ağdam cəbhəsində düşmənin helikopterini müddətdən artıq hərbi qulluqçu İlkin Muradov deyəndə mən başqa bir şey fikirləşmədim. Bircə onu fikirləşdim ki, bu bizim İlkindir. Bütün dost tanışlarla sosial şəbəkələrdə paylaşdıq. Onunla fəxr edirəm”.
Fəxr ediləsi həm də odur ki, bu kənddə hamı İlkinin daha böyük döyüş uğurlarına və ardıcıllarının olacağına inanır.
/Oxu.az/