İlham Əliyev 10 milyon manat ayırdı

Prezident sərəncam imzalayıb…

Prezident sərəncam imzalayıb.

Prezident İlham Əliyev noyabrın 13-də “Bakı şəhərində Zığ Gəmi Təmiri Zavodunun tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.

Oxu.Az AzərTAc-a istinadən xəbər verir ki, sərəncama əsasən zavodun tikintisini başa çatdırmaq məqsədi ilə 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinə 10 milyon manat ayrılıb.

www.oxu.az