“Qardaş Fələstin xalqına sülh və tərəqqi diləyirəm”…
“Qardaş Fələstin xalqına sülh və tərəqqi diləyirəm”.
Azərbaycan prezidenti İlham Əliyev Fələstin prezidenti Mahmud Abbası Fələstin Dövlətinin elan edilməsi günü münasibəti ilə təbrik edib.
Oxu.Az AzərTAc-a istinadən xəbər verir ki, dövlət başçısının məktubunda deyilir:
“Hörmətli cənab Prezident,
Ölkənizin milli bayramı – Fələstin Dövlətinin elan edilməsi günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
İnanıram ki, Azərbaycan-Fələstin dostluğu xalqlarımızın iradəsini əks etdirərək bundan sonra da əməkdaşlığımızın dərinləşməsinə öz töhfəsini verəcəkdir.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Fələstin xalqına sülh və tərəqqi diləyirəm”.