İlham Əliyev Kamboca kralını təbrik edib

“Sülh və rifah arzulayıram”.

 

“Sülh və rifah arzulayıram”.

Azərbaycan prezidenti İlham Əliyev Kamboca kralı Norodom Sihamonini ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib.

Oxu.Az AzərTAc-a istinadən xəbər verir ki, dövlət başçısının məktubunda deyilir:

“Kamboca Krallığının milli bayramı – Müstəqillik günü münasibətilə sizi və sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Ümidvaram ki, ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi üçün birgə səylərimizi davam etdirəcəyik. Bu əlamətdar gündə sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Kamboca xalqına sülh və rifah arzulayıram”.

www.oxu.az