İlham Əliyev, Abdullah Gül və Georgi Marqvelaşvilinin görüşü başlayıb

Planlaşdırılmış gələcək layihələr müzakirə edilir…

Planlaşdırılmış gələcək layihələr müzakirə edilir.

Tiflisdə Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə sammit başlayıb.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, “2014 Tiflis sammiti” adlı təbdir Gürcüstan parlamentinin Milli Kitabxanasında keçirilir.

Sammitə Azərbaycan prezidenti İlham Əliyev, Türkiyə prezidenti AbdullahGül və Gürcüstan prezidenti Georgi Marqvelaşvili qatılıb.

Sammitdə son 20 ildə iqtisadi, ticarət, nəqliyyat və enerji sahəsində əməkdaşlığın nəticələri nəzərdən keçirilir, cari və planlaşdırılmış gələcək layihələr müzakirə edilir.

Xatırladaq ki, “2014 Tiflis sammiti” Georgi Marqvelaşvilinin Azərbaycan və Türkiyəyə səfərləri zamanı planlaşdırılıb.

www.oxu.az