İlham Əliyev Bolqarıstan Prezidenti ilə görüşüb

Söhbət zamanı ikitərəfli münasibətlər və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Söhbət zamanı ikitərəfli münasibətlər və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Sentyabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Bolqarıstan Respublikasının Prezidenti Rosen Plevnelievin təkbətək görüşü olub.

Oxu.Az AzərTAc-a istinadən xəbər verir ki, görüşdə ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edildi. 

Azərbaycanda “Cənub” qaz dəhlizinin təməlinin qoyulmasının beynəlxalq əməkdaşlıq baxımından əhəmiyyəti qeyd olundu. Ölkələrimiz arasında iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı perspektivlərin mövcud olduğu bildirildi.

Söhbət zamanı ikitərəfli münasibətlər və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

17:00

Bolqarıstan prezidenti Rosen Plevneliyevin Azərbaycana səfəri başlayıb.

Oxu.Az xəbər verir ki, bu barədə APA-ya səfirlikdən məlumat verilib.
 
Səfər çərçivəsində qonaq dövlət başçısı Azərbaycan prezidenti İlham Əliyev tərəfindən qəbul ediləcək. Sentyabrın 20-də isə R.Plevneliyev Albaniya, Böyük Britaniya, Gürcüstan, Yunanıstan, İtaliya, ABŞ, Türkiyə və Monteneqro təmsilçiləri ilə birlikdə Cənub Qaz Dəhlizinin tikintisi və “Əsrin müqaviləsi”nin 20 illiyinə həsr olunmuş mərasimə qatılacaq.

www.oxu.az