İlham Əliyev Macarıstan xarici işlər nazirini qəbul etdi

Görüşdə fikir mübadiləsi aparıldı…

Görüşdə fikir mübadiləsi aparıldı.

İlham Əliyev Macarıstana səfər edəcək.

Azərbaycan prezidenti İlham Əliyev gələn həftə Macarıstana səfər edəcək.

Oxu.Az AzərTAc-a istinadən xəbər verir ki, bunu Bakıda səfərdə olan Macarıstanın xarici işləri Peter Siyarto deyib.

O bildirib ki, Macarıstan tərəfi səfərin yüksək səviyyədə həyata keçirilməsi üçün tədbirlər görür.
 
Macarıstanlı nazir qeyd edib ki, Azərbaycan prezidentinin Macarıstana səfəri zamanı mülki aviasiya ilə bağlı müvafiq sazişlərin imzalanması gözlənilir. Bundan əlavə, səfərə qədər strateji tərəfdaşlıq sazişi üzərində işi bitirmək nəzərdə tutulub: “Bu il ticarət dövriyyəmiz keçən ilə nisbətən 18 faiz artıb. Azərbaycanla əlaqələrimiz inkişaf edir. Ölkəmiz 200 Azərbaycan gəncinə təhsil təqaüdü ayırmağa hazırdır. Əminəm ki, prezident İlham Əliyevin Macarıstana səfərindən sonra əlaqələr daha da inkişaf edəcək”. 

14:16

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 3-də Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyartonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. 

Oxu.Az AzərTAc-a istinadən xəbər verir ki, görüşdə Azərbaycan ilə Macarıstan arasında ikitərəfli münasibətlərin yüksək səviyyəsindən məmnunluq ifadə olundu, son vaxtlar bu münasibətlərin dinamik inkişaf etdiyi vurğulandı, əməkdaşlığımızın yaxşı perspektivlərinin olduğu qeyd edildi.

İkitərəfli əlaqələrimizin turizm, gənclər, informasiya-kommunikasiya texnologiyaları, əczaçılıq, hava nəqliyyatı və digər sahələrdə daha da genişləndirilməsi müzakirə olundu.

Söhbət zamanı Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

www.oxu.az