İlham Əliyev sərəncam imzalayıb

2 milyon manat pul ayrılıb…

2 milyon manat pul ayrılıb.

Azərbaycan prezidenti İlham Əliyev Zığ gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Oxu.Az AzərTAc-a istinadən xəbər verir, Bakı şəhəri ərazisində yerləşən Zığ gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması ilə bağlı mühəndislik və layihələndirmə işlərinin görülməsi, gölün mühafizəsinin təşkili və ətraf mühitə təsirinin qiymətləndirilməsi sənədinin hazırlanması məqsədi ilə Prezidentin ehtiyat fondundan İqtisadiyyat və Sənaye Nazirliyinə ilkin olaraq 2 milyon manat vəsait ayrılıb. 

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

www.oxu.az