İlham Əliyev sərəncam imzalayıb

Elmira Ramazanova “Şöhrət” ordeni ilə təltif edilib…

Elmira Ramazanova “Şöhrət” ordeni ilə təltif edilib.

E.M. Ramazanovanın “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycanın prezidenti İlham Əliyev sərəncam imzalayıb.

Oxu.Az AzərTAc-a istinadən xəbər verir ki, sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında neft və qaz sənayesi üçün yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasında xidmətlərinə görə Elmira Məmmədəmin qızı Ramazanova “Şöhrət” ordeni ilə təltif edilsin.

www.oxu.az