İndoneziyanın İnsan haqları üzrə Milli Komissiyası Avropa İnsan Hüquqları Məhkəməsinin “Çıraqov və digərləri Ermənistana qarşı” iş üzrə qərarını alqışlayır….
İndoneziyanın İnsan haqları üzrə Milli Komissiyası Avropa İnsan Hüquqları Məhkəməsinin “Çıraqov və digərləri Ermənistana qarşı” iş üzrə qərarını alqışlayır.
Trend-in məlumatına görə, İndoneziyanın “The Jakarta Post” qəzetinə müsahibəsində bu ölkənin İnsan haqları üzrə Milli Komissiyasının sədri Nur Xolis müsahibəsində qeyd edib.
Onun sözlərinə görə, bu addım müharibə qurbanlarının ədalət axtarışını daha da cəsarətləndirəcək.
Yazıda 1992-ci ildə Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan Laçın rayonundakı yurd-yuvalarından didərgin düşmüş 6 azərbaycanlı vətəndaşın – Elxan Çıraqov, Adışirin Çıraqov, Ramiz Cəbrayılov, Akif Həsənov, Fəxrəddin Paşayev və Qaraca Cəbrayılovun Ermənistana qarşı qaldırdıqları məhkəmə işi barədə ətraflı məlumat verilir. Bildirilir ki, 1992-ci ildən bəri bu insanlar və yüzminlərlə başqa insan Azərbaycan ərazisində qaçqın düşərgələrində yaşayır.
N.Xolis bldirib ki, İndoneziyanın İnsan haqları üzrə Milli Komissiyası Azərbaycana və onun ədalət axtarışında olan vətəndaşlarına tam dəstək verməyə hazırdır: “Biz beynəlxalq təşkilatlarda erməni işğalının azərbaycanlı qurbanlarına dəstək göstərəcəyik. Qurbanlara qarşı münasibətdə ədaləti bərpa etmək üçün beynəlxalq ictimaiyyəti Ermənistana təzyiq göstərməyə çağırırıq”.
Yazının sonunda bildirilir ki, İndoneziyanın İnsan haqları üzrə Milli Komissiyası Ermənistanın törətdiyi vəhşiliklərin aşkara çıxarılması üçün aparılan beynəlxalq təhqiqata qoşulmağa hazırdır.
/Trend/