İngiltərə Fələstini tanıdı

Fələstin “İsrail dövləti ilə eyni zamanda mövcud olan” dövlət kimi tanınıb…

Fələstin “İsrail dövləti ilə eyni zamanda mövcud olan” dövlət kimi tanınıb.

İngiltərə parlamenti Fələstini dövlət kimi tanıyıb.

Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, parlamentin alt palatası Fələstin dövlətinin tanınmasına dair təklifi dörd saat müzakirə edib.

Britaniyalı millət vəkilləri “Müxalif İşçi Partiyası”nın Fələstinin dostları qrupunun başçısı Qrem Morris tərəfindən irəli sürülən təklifi səsə qoyublar. Nəticədə Fələstin “İsrail dövləti ilə eyni zamanda mövcud olan” dövlət kimi tanınıb.

Böyük Britaniyanın xarici siyasətinə təsir etməyəcək simvolik səsvermənin nəticələrini Birləşmiş Krallığın Xarici İşlər Nazirliyi vaxtından əvvəl atılmış addım kimi qiymətləndirib. Bu səbəbdən millət vəkillərinin yarıdan azının qatıldığı səsvermədə nazirlər ümumiyyətlə iştirak etməyib.

www.oxu.az