“İnsan Hüquqları XXI əsr-Azərbaycan” fondu tərəfindən “Müharibədə itkin düşmüş və hüquqi yardıma ehtiyacı olan şəxslərin ailələri üçün psixoloji xidmətlərin təşkili” layihəsinin icrasına başlanılıb

“İnsan Hüquqları XXI əsr-Azərbaycan” fondu tərəfindən “Müharibədə itkin düşmüş və hüquqi yardıma ehtiyacı olan şəxslərin ailələri üçün psixoloji xidmətlərin təşkili” layihəsinin icrasına başlanılıb

“İnsan Hüquqları XXI əsr-Azərbaycan” fondu tərəfindən 05.05.2016-ci il tarixdən etibarən Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Müharibədə itkin düşmüş və hüquqi yardıma ehtiyacı olan şəxslərin ailələri üçün psixoloji xidmətlərin təşkili” layihəsinin icrasına başlanılıb. Layihənin əsas məqsədi Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ və digər ona bitişik ərazilərini işğalı zamanı itkin düşmüş şəxslərin Bakı şəhərində yaşayan ailələrinin psixo-sosial çətinliklərinin azaldılması məqsədi ilə onların hüquqi maarifləndirilməsi, sosial sahələrdəki dəstək xidmətlərinə çıxışını, dövlətin bu qəbildən olan vətəndaşlarına müəyyən etdiyi təminatlarına əlçatımlılığını təmin etmək, ailələrə unudulmadıqları mesajını vermək, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə dəstək ola bilmək , müharibədə itkin düşmüş şəxslərin ailələrinin effektiv və pulsuz hüquqi yardımla təmin etməkdən ibarətdir. 3 ay davam edəcək layihə çərçivəsində Fondun hüquqşünasları tərəfindən 200-ə yaxın itkin düşmüş şəxsin ailə üzvünə hüquqi məsləhətin və hüquqi yardımın göstərilməsi (qrup görüşləri, fərdi ev və ofis görüşləri və “qaynar xətt” vasitəsi ilə) nəzərdə tutulur.

 

Mətbuat xidməti