İnsan Hüquqlarına dair Beynəlxalq Standartların Təsbiti üzrə Birgə İşçi Qrupu Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikası qanununun icrasının vəziyyətinin öyrənilməsi layihəsinin icrasına başlamışdır.
Layihənin əsas məqsədi “İctimai iştirakçılıq haqqında Azərbaycan Respublikası qanunu “nun mərkəzi və yerli icra hakimiyyəti orqanları tərəfindən icrasının vəziyyətinin araşdırılması və icrasının son vəziyyətinin ictimai müzakirəsini təşkili və “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nda vətəndaş cəmiyyəti üzərinə qoyulmuş öhdəliklərin təbliğini təmin etməkdir.
Layihə çərçivəsində ümumillikdə 35 qurum olmaqla nazirliklər, dövlət komitələri, yerli icra hakimiyyətləri tərəfindən “İctimai iştirakçılıq haqqında Azərbaycan Respublikası qanununun icrası vəziyyəti və rəsmi internet resursları öyrəniləcəkdir. İnternet resurlarında İctimai Şuraların yaradılıb yaradılmadığı, yaradılıbsa “İctimai iştirakçılıq haqqında Azərbaycan Respublikası qanunu “nun tələblərinə nə qədər riayət olunduğu tədqiq olunacaqdır.
Layihənin sonunda mərkəzi və yerli icra hakimiyəti orqanlarının ishtirakı ilə dəyirmi masa keçiriləcək “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikası qanununun icrasının vəziyyəti haqqında hesabat ictimaiyyətə təqdim olunacaqdır.
Mətbuat Xidməti
02.05.2017