İpotekaya ayrılan vəsait açıqlandı

Sosial ipotekanın maksimum məbləği 50 min manatdır…

Sosial ipotekanın maksimum məbləği 50 min manatdır.

2015-ci ildə sosial ipotekanın tətbiqinin genişləndirilməsi üçün Azərbaycan İpoteka Fonduna 50 milyon manat vəsait ayrılır.

Oxu.Az xəbər verir ki, bu barədə 2015-ci ilin dövlət və icmal büdcələrinin layihələrinin təqdimatında deyilir.

“Sosial ipotekanın tətbiqinin genişləndirilməsi üçün İpoteka Fonduna 50,0 mln. manat vəsait ayrılmışdır ki, bu da 2014-cü illə müqayisədə 10,0 mln. manat və yaxud 25,0 faiz çoxdur”,- təqdimatda bildirilib.

Təqdimatda qeyd olunur ki, fəaliyyətə başladıqları dövrdən (2015-ci il nəzərə alınmaqla) dövlət büdcəsindən ayrılan və digər mənbələrdən daxil olan vəsaitlər hesabına Azərbaycan Respublikasının İpoteka Fondunda 266 milyon manat məbləğində kreditlər verilmişdir.

Qeyd edək ki, sosial ipotekanın maksimum məbləği 50 min manatdır. Bu hesabla hesablasaq ayrılan 50 milyon manata ən çoxu 1000 məzil almaq olar.

www.oxu.az