İran: ABŞ-ın İŞİD-lə mübarizədə əsl məqsədlərinə dair şübhələr var

Ölkə ABŞ-ın rəhbərlik etdiyi blokda iştirak etmək niyyəti yoxdu…

Ölkə ABŞ-ın rəhbərlik etdiyi blokda iştirak etmək niyyəti yoxdu.

İran, ABŞ başçılıq etdiyi və İraq ilə Suriyada “İslam Dövləti”nə qarşı mübarizəni məqqsədi kimi elan etmiş, “şübhəli” və “məğlubiyyətə məhkum olmuş”,  bılokda iştirak etmək niyyəti yoxdur.

Oxu.Az RİA-Novosti-ə istinadən xəbər verir ki, bu barədə ölkənin XİN ərəb və afrika ölkələri üzrə nazir müavini Hüseyn Amir Abdollahian bildirib.

“Terrorizmlə mübarizənin beynəlxalq iradəyə ehtiyacı var”, – iran XİN nümayəndəsinin sözlərini FARS iran informasiya agentliyi sitat gətirir.

O, vurğulayıb ki, Tehran “məğlubiyyətə məhkum olmuş bloka” birləşməkdən öz “mövqeyini yüksək hesab edir”

Abdollahian eləcə də qeyd edib ki, iran tərəfinin “ABŞ-ın terrorizmlə mübarizədə əsl məqsədinə dair şübhəsi var”. onun sözlərinə görə blok tərəfindən görülən tədbirlər “İD ilə vəziyyəti dəyişmədi, amma ekstremizmi kəskinləşdirdi”. Bu zaman yüksəkrütbəli diplomat vurğulayıb ki, İran hakimiyyəti İraq və Suriyanı terrorizmə qarşı mübarizədə dəstəkləyir.

Tehranda İraqın baş naziri Heydər əl-Abadinin İran hakimiyyəti ilə “İslam dövləti” yaraqlıları ilə mübarizəyə dair danışıqları gedir. Daha öncə Tehran dəfələrlə İraq ərazisində ekstremistlərlə birbaşa hərbi əməliyyatlarda iştirak etməyəcəyini bəyan edib. Bununla yanaşı İran tərəfi İraqa silah, eləcə də İD qarşı mübarizədə hərbçilərin hazırlanmasında öz yardımını göstərir. Eyni zamanda İraq Kürdistanı ilə həmsərhəd olan İran rayonlarında gözlənilməz hallar üçün hərbi qüvvələr möhkəmləndirilib.  

www.oxu.az