İran da Rusiyanı təkləyən dövlətlərə qoşuldu

Ölkə daha neftin qiymətinin saxlanmasına tərəfdar çıxmır…

Ölkə daha neftin qiymətinin saxlanmasına tərəfdar çıxmır.

Neft ixrac edən ölkələr təşkilatına (OPEK) daxil olan, neftin qiymətinin bir barel üçün 100 dollar səviyyəsində saxlanılmasına tərəfdar olan İran, mövqeyini dəyişərək, neftin qiymətinin ucuzlaşmasına əks olmadığını bildirib.

Oxu.Az bu barədə Reyters-ə istinadən xəbər verir.

İran OPEK-də neft hasilatı üzrə üçüncü yeri tutur, onun büdcəsi isə əsasən neft ixracından asılıdır, ona görə də ölkə dünya qiymətləri endiyi zaman neftin hasilatının azaldılmasına tərəfdar çıxır. Amma bu dəfə OPEK deyəsən istehsalat həcmini nəzərdən keçirməyi planlaşdırmır.

“İlin bu zamanında qiymətlərin enməsi – normaldır. Qiymətlərin ucuzlaşması dolların bahalaşması ilə kompensasiya edilir”, – İranın neft sahəsində siyasəti ilə tanış olan, mənbə Reyterə bildirib.

İranın neft sənayesi nazirinin müavini, ikinci gün qiymətlərin enməsinin qısamüddətli olması barədə öz ehtimallarını bildirib. İranın Milli Şirkətinin rəhbəri Rokneddin Cavadi, ondan ucuz qiymətlərin ölkə büdcəsinə zərəri dəyə bilərmi? sualına, “Mən belə düşünmürəm” deyə cavab verib.

OPEK-də nəhəng istehsalçılardan biri olan Səudiyyə Ərəbistanı, eləcə də Küveyt və Qətər hasilatı azaltmayacaqlarını bildirərək Asiya müştəriləri üçün qiymətləri endiriblər. Təşkilat sutkada 30 milyon barel olan hasilat kvotasını 27 noyabr tarixində müşavirədə müzakirə edəcəklər.

Qeyd edək ki, bəzi mənbələrdə neftin hazırkı qiymət azalması ABŞ və Səudiyyə Ərəbistanının Rusiyaya qarşı kampaniyası kimi dəyərləndirilir. Bildirilir ki, rəsmi Vaşinqton və Ər-Riyad əlbir olaraq, neftin qiymətində kəskin azalmaya nail olmağa, bununla da Rusiya iqtisadiyyatını çökdürməyə çalışırlar.

www.oxu.az