Bu ölkənin vitse-prezidenti Bakıdadır…
Bu ölkənin vitse-prezidenti Bakıdadır.
İran prezidenti Həsən Ruhani 2015-ci ilin əvvəlinə qədər Azərbaycana işgüzar səfər edəcək.
Oxu.Az İnterfaks-Azərbaycan-a istinadən xəbər verir ki, bu barədə İranın qadın və ailə məsələləri üzrə vitse-prezidenti Şahindoht Movlaverdi bildirib.
“Biz hal-hazırda Azərbaycan və İran arasında qadın məsələləri üzrə əməkdaşlığa dair sənəd üzərində işləyirik. Bu sənədin Rohaninin Azərbaycana səfəri çərçivəsində imzalanmasına səy göstərəcəyik”, – “İnterfaks-Azərbaycan” Movlaverdinin sözlərini sitat gətirir.
Sənəddə söz əsasən, hər iki ölkənin qadınlarının iştirak edəcəyi elmi mübadilə proqramından, İran və Azərbaycanın qeyri-hökumət təşkilatlarının qarşılıqlı fəaliyyətindən gedəcək.
“Biz qadınlarla əlaqədar məsələləri ölkələrimiz arasında geniş inkişaf etmiş iqtisadi əlaqələr səviyyəsinə qədər çatdırmağa hazırlaşırıq”, – vitse-prezident bildirib.