İrana qarşı güzəştlər başladı

Böyük Britaniya İrana qarşı tətbiq etdiyi bəzi sanksiyaları aradan qaldırıb…

Böyük Britaniya İrana qarşı tətbiq etdiyi bəzi sanksiyaları aradan qaldırıb.

Böyük Britaniya İran İslam Respublikasının bir sıra banklarına və elmi mərkəzlərinə tətbiq etdiyi iqtisadi sanksiyaları aradan qaldırıb.

Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, Avropa məhkəməsinin qərarından sonra Britaniya bu addımı atıb.

Beləliklə də, İranın “Moellim”, “Sina”,”Sorinet” banklarına, Tehranın “Şərif” texnologiya universitetinə və eyni adlı elmi mərkəzə qarşı tətbiq etdiyi sanksiyalara xitam verib.

www.oxu.az