İraqda qanlı cümə: 114 nəfər ölüb

Anbar və Mosulda 27 İŞİD yaraqlısı öldürülüb…

Anbar və Mosulda 27 İŞİD yaraqlısı öldürülüb.

Yanvarın 30-da İraqın Bağdad, Kərkük, Mosul, Səlahəddin və Anbar vilayətlərində baş verən terror aktlarında ümumilikdə 114 nəfər ölüb, 152 nəfər yaralanıb. 

Oxu.Az Modern.Az-a istinadən xəbər verir ki, paytaxt Bağdadın Əl Bab Əl Şerki bölgəsindəki hərbi geyim satılan bazarda naməlum şəxslərin yerləşdirdiyi bomba partlayıb. 

Partlayışdan sonra hadisə yerinə gələn polislərin arasına girən bir intiharçı yaraqlı özünü partladıb. Bağdad səhiyyə idarəsi iki hücum zamanı 44 nəfərin öldüyünü, 72 nəfərin yaralandığını açıqlayıb.

Samarrada 2 intihar aktı: 10 nəfər ölüb, 24 nəfər yaralanıb

Selahattin rayonuna bağlı Samarra rayonunda polis və könüllü şiə əsgərlərin qurduğu təhlükəsizlik nöqtəsinə “İraq Şam İslam Dövləti”nə (İŞİD) aid hərbiçilər tərəfindən 2 intihar hücumu təşkil olunub. Hücumda 7 polis işçisi həyatını itirərkən, 24 nəfər də yaralanıb. İkiqat hücumun ardından eyni bölgəyə gələn 3-cü intiharçı polislər tərəfindən vurularaq zərərsizləşdirilib.

Kərkükdə otelə basqın edən 4 İŞİD yaraqlısı öldürülüb

İraqın Kərkük vilayətində səhər saatlarında, Kərkük şəhər mərkəzindəki Kasr Kərkük oteli yaxınlığında yerləşən keçmiş polis idarəsi binasına bombalı maşınla intihar hücumu təşkil olunub, sonra İŞİD təşkilatının 4 intiharçıs otelə baqsın edib. Oteldəki silahlıları zərərsizləşdirmək istəyən təhlükəsizlik gücləri otelin ətrafına yığışaraq ayrı-ayrı nöqtələrdən otelə daxil olmağa başlayıb. Boş olan otelə girən silahlı adamların burada əl bombaları da istifadə etdikləri müəyyən edilib. Saatlarla davam edən toqquşmalarda ağır silahlardan da istifadə olunduğu bildirilib. Qarşıdurmalar nəticəsində təhlükəsizlik qüvvələri vəziyyəti nəzarət altına alıb. İŞİD-çı təcavüzkarların girdiyi otelin Kərkük polisi və kürd küquq-mühafizə qüvvələrinin azad etdiyi bildirib. Basqında təcavüzkarlardan başqa ölən, ya da yaralanan olmayıb.

Kərkükdə küçəyə çıxmaq qadağası

Kərkükə cənub istiqamətindən İŞİD-in təcavüzü ilə Kərkük şəhər mərkəzindəki otel basqını və ortaya çıxan qarşıdurma səbəbindən Kərkükdə küçəyə çıxmaq qadağan edilib. Səhər saatlarında elan edilən küçəyə çıxmaq qadağasından sonra təhlükəsizlik qüvvələri hərəkətə keçərək şəhər mərkəzindəki küçələrdə nəzarət nöqtələrini artırıblar.

Kərkük polis baş idarəsi şəhərin təhlükəsizliyinin daha yaxşı təmin olunması üçün saat 10:00-dan etibarən küçəyə çıxmaq qadağası tətbiq edib.

İŞİD Kərkükə hücum edib: 29 nəfər ölüb, 56 nəfər yaralanıb

Dünən axşam keç saatlarda İŞİD Kərkükə cənub istiqamətindən hücuma başlayıb. Səhər saatlarına qədər davam edən qarşıdurmalar nəticəsində Peşmerge güclərinin bölgə komandiri Şerko Fatih ilə polis qüvvələrindən türkmən zabit mayor Səddam Abdulhalik həyatını itirib. Qarşıdurmalar nəticəsində İŞİD-in irəliləməsi dayandırılıb. Gecə qaranlığını fürsət bilən və cənub bölgələrini əlində saxlayan İŞİD yaraqlıları qəfil hücuma keçib. Ağır silahların istifadə olunduğu münaqişələrdə İŞİD tərəfindən Peşmerge və polis qüvvələri və könüllü əsgərlərin də olduğu mövqe və nəzarət nöqtələrinə intihar hücumları təşkil edib. Hücum bölgəsi yaxınlığında Şimal Neftləri kimi tanınan neft şirkətinin müəssisələri və şirkət binaları yerləşir. Qarşıdurma səsləri Kərkük şəhər mərkəzinə qədər çatıb. Koalisiya təyyarələri də səhər saatlarından başlayaraq bölgəni bombalamağa başlayıb. İŞİD yaraqlılarının vaxtaşırı bombalı intihar avtomobilləri ilə hücum etdiyi qarşıdurmalarda Peşmergenin 1-ci Briqada Komandiri Şerko Fatih ilə, hadisə yerində Peşmerge ilə bilrikte toqquşan polis qüvvələrindən Türkmən zabit mayor Səddam Abdulhalik və 7 peşmerge ölüb, 56 əsgər də yaralanıb. Təhlükəsizlik qüvvələri İŞİD-i geri oturtmaq üçün regiona daha artıq hərbi qüvvə göndərib. Toqquşmalarda ən azı 20 İŞİD hərbiçi həyatını itirib.

Anbar və Mosulda 27 İŞİD yaraqlısı öldürülüb

Paytaxt Bağdadın qərbində yerləşən Anbar rayon mərkəzində 2 məhəlləyə hücum təşkil edən İŞİD yaraqlıları antı terror birliklərinə aid əsgərlər cavab verib. Anbar şəhər mərkəzi Ramadinin Endelüs və Əl Şurta mahallarında baş verən toqquşmalarda 17 İŞİD yaraqlısı öldürülüb. Digər tərəfdən İraqın şimalında yerləşən Mosulda Peşmerge ilə qarşıdurmaya girən 10 yaraqlının da öldürüldüyü bildirilib.

 

/Oxu.az/