İŞİD Bağdada yaxınlaşır: 10 min əsgər səfərbər edildi

1500 Amerika əsgəri köməyə çağırıldı…

1500 Amerika əsgəri köməyə çağırıldı.

Terrorçu İŞİD qruplaşması İraqın paytaxtı Bağdada yaxınlaşmaqdadır. 

Suriyanın Kobani şəhərində 28 gündür döyüşlər aparan İŞİD qüvvələri indi də Bağdadın 800 kilometrliyində qərarlaşıblar. Təhdid altında olan Bağdada 10 min əsgər yığılıb, Oxu.Az xarici mətbuata istinadən xəbər verir. 

İraqlı zabitlərin məlumatına görə, İŞİD-in əlində 4 min 500 metr yüksəklikdə hava hədəflərini məhv edə biləcək daşına bilən zenit-raket kompleksləri var. 

The Telegraph qəzetində yer alan məlumata görə, İŞİD Ənbər vilayətini tam ələ keçirmək üzrədir. Bildirilir ki, Bağdaddakı 10 min İraq ordusuna 1500 ABŞ əsgəri də yardım edir, təlim keçir.

www.oxu.az