İŞİD-də işçi axtarır

Terror qruplaşması 225 min dollar maaş vəd edir…

Terror qruplaşması 225 min dollar maaş vəd edir.

İŞİD terror qruplaşmasının gəlir sahələrini idarə etmək üçün yüksək maaşla işçi axtardığı bildirilir. 

Oxu.Az-ın ANS PRESS-ə istinadən məlumatına görə, “The Times”ın yaydığı xəbərdə terroq qruplaşmasının 225 min dollar maaşla əlindəki neft zavodlarını işlədə bilən baş icraçı direktor axtarır. 

İŞİD tərəfindən bu ilin iyun ayında İraqda qanlar bahasına əldə edilən neftlə zəngin bölgələrə nəzarət etməyin, oradakı zavodların işlərinin geriləməməsinin hal-hazırda çox vacib olduğu qeyd edilir.

Bir neçə ay bundan əvvəl İŞİD-in neft gəlirlərinə nəzər salarkən, günlük 3 miyon dollar qazandıqları deyilirdi. ABŞ və digər koalisiya ölkələrinin terror qruplaşmasına silsilə hücumları onlara mənfi təsirlər etməyə başlayıb.

www.oxu.az