İsrail hərbçiləri fələstinlini güllələdilər

İsraillilərə hücum etdiyinə görə….

İsraillilərə hücum etdiyinə görə.

İsrailli hərbçi İordan çayının qərb sahilində bıçaq ilə israillini yaralayan fələstinlini güllələyib. Bu barədə polis idarəsinin məlumatına əsasən Al Arabiya bildirib.

Oxu.Az xəbər verir ki, polis idarəsindən verilən məlumata əsasən, 26 yaşlı israilli yüngül xəsarət alaraq xəstəxanaya çatdırılıb. Eləcə də polislər əlavə ediblər ki, fələstinli yaxın kəndlərdən birinin sakini olub.

www.oxu.az