İsveç Fələstini rəsmən tanıdı

“Bu mühüm addımdır”…

“Bu mühüm addımdır”.

İsveç hökuməti Fələstini rəsmən dövlət kimi tanıyıb.

Bu barədə Frans-Press Agentliyi İsveç Krallığının Xarici İşlər Nazirliyinin bəyanatına istinadən məlumat yayıb, Oxu.Az xəbər verir.  

Beləliklə, İsveç Avropa İttifaqının Fələstini tanınmış ilk dövləti oldu.

“Bu gün hökumət Fələstini dövlət kimi tanımaq barədə qərar qəbul edir. Bu, fələstinlilərin öz müqəddəratlarını təyin etmə hüquqlarını təsdiqləyən mühüm addımdır”, – deyə, İsveç XİN-nin rəhbəri Marqot Valstrom bildirib.

 Qeyd edək ki, Fələstin dövləti 15 noyabr 1988-ci ildə, Fələstin Milli Şurasının Əlcəzairdə keçirilən növbədənkənar sessiyasında elan edilib.

2012-ci ildə BMT Baş Assambleyası da Fələstini de-fakto tanıyıb. 26 il ərzində dövləti 134 ölkə tanısa da, onların arasında Avropa İttifaqının üzvlərindən heç biri olmayıb.  

www.oxu.az