Jirinovski: Krım – həll olundu! Qaldı – Qarabağ…

“Bütün ərazilər qaytarılacaq”…

“Bütün ərazilər qaytarılacaq”

RLDP sədri və kremlin səs-küylü nümayəndəsi Vladimir Jirinovski Dağlıq Qarabağın və digər separat regionların Rusiya tərkibinə qatılması barədə növbəti bəyanatını etdi.

Oxu.Az bildirir ki, Jirinovski bu haqda RBK kanalında Rusiya prezidenti Vladimir Putinin çıxışını şərh edərkən bəyan edib.

“RLDP fraksiyası adından danışıram. Biz artıq parlamentdə yüz dəflərlə Dnestryanını tanımağı tələb etmişik. Belə ki, Dnestryanının bütün xalqı Rusiyaya birləşərək müstəqil respublika üçün səs veriblər.

Eləcə də Dağlıq Qarabağ. Eləcə də Cənubi Osetiya, və Abxaziya. Bax Cənubi osetiya və Abxaziya- məsələ həll olundu! Krım – məsələ həll olundu! Qarabağ – bir az sonra… O tamamən bizim himayəmizdədir. 

Gələcəyin işidir! Onları himayə etməyin nə mənası var, bəs nəzarət?”, – Jirinovski deyib.

Onun sözlərinə görə Rusiya, bu siyasi qurumlar üçün ayırdığı maliyyəyə nəzarət etmək imkanına malik deyil.

“Biz heç nə edə bilmirik – bu xarici dövlətlərdir. Bizim səfirimiz ordadır. Respublikanın rəhbərinin qəbul etməyəcəyi səfir. Orda auditor, müstəntiq oturmalıdır… ”, – V.Jirinovski deyib.

Jirinovskinin sözlərinə görə, SSRİ qayıtmaq istəyən vətəndaşların yaşadığı bütün torpaqlar geri qaytarılacaq.

www.oxu.az