Jirinovski Qarabağı Rusiyaya birləşdirməyi təklif etdi

“Rusiyaya qayıdın, və hamı üçün yaxşı olacaq”…

“Rusiyaya qayıdın, və hamı üçün yaxşı olacaq”.

Ermənistan və Azərbaycan heç zaman Dağlıq Qarabağla bağlı razılığa gəlməyəcəklər. Buna görə də, ən yaxşı qərar onu da (Qarabağı – red.) Rusiyanın tərkibinə birləşdirməkdir. O zaman ermənilər küsməyəcəklər, azərbaycanlılar da Qarabağın Ermənistanda deyil, Rusiyanın tərkibində qalacağı ilə barışmalı olacaqlar.

Oxu.Az haqqin.az-a istinadən xəbər verir ki, belə bir bəyanatla rusnovosti-yə müsahibəsində Rusiyanın Liberal-Demokrat Partiyasının lideri Vladimir Jirinovski çıxış edib.

Onun sözlərinə görə, keçmiş SSRİ-nin bütün əraziləri öz istəkləri əsasında Rusiyanın tərkibinə daxil ola bilərlər.

“Eyni zamanda Dnestryanı. Keçmiş SSRİ-nin referendum, könüllülük və heç bir zorakılıq, yalan, dələduzluq olmadan Rusiyanın tərkibinə qayıtmaq istəyən bütün əraziləri. Rusiyaya qayıdın və hamı üçün yaxşı olacaq. Sizə demokratiya, yaxşı təminat, təhlükəsizlik vəd edirik və ildən ilə daha yaxşı yaşayacağıq”, – deyə, o, bildirib.

Onun sözlərinə görə, bu torpaqlar keçmiş Rusiya imperiyası və Sovet İttifaqının əraziləridir:

“Biz 300, 400, 500 il birlikdə yaşamışıq”.

/oxu.az/