Jurnalistlər İttifaqı Jirinovskiyə cəza tələb edir

“Jirinovskinin qeyri-etik davranışı jurnalist cəmiyyəti tərəfindən çoxdan əsaslı narazıçılığa səbəb olub”…

“Jirinovskinin qeyri-etik davranışı jurnalist cəmiyyəti tərəfindən çoxdan əsaslı narazıçılığa səbəb olub”.

Moskva Jurnalistlər İttifaqı (MJİ) Dövlət Dumasının spikeri Sergey Narışkina və deputat etikası üzrə duma komissiyasının sədri Aleksandr Deqtyarova açıq məktubla müraciət edərək, hamilə jurnalisti təhqir edən RLDP lideri Vladimir Jirinovskinin davranışını qiymətləndirməyi xahiş ediblər.  

Oxu.Az RİA Novosti-yə istinadən bildirir ki, dünən öz epataj oyunları ilə məşhur olan liberal-demokratların lideri “Rosiya seqodnya” BİA jurnalistinin sualına cavab verərkən xanım jurnalistin ünvanına təhqiredici sözlər deyib, sonra onu müdafiə etməyə qalxan kolleqaları da təhqir edib.

“Rosiya seqodnya” BİA etika üzrə komissiyaya müraciət edərək Jirinovskini “Rosiya seqodnya” və İnterfaks-ın jurnalistlərini təhqir etdiyi üçün Dövlət Dumasında 1 ay müddətində söz hüququndan məhrum etməyi xahiş edib, eləcə də rəsmi şəkildə üzr istəməsini tələb ediblər.

“Cümə günü səhər Dövlət Dumasının deputatı, RLDP fraksiyasının rəhbəri V.Jirinovski “Rosiya seqodnya” BİA-nın jurnalistinə qarşı qeyri-etik davranıb. Cənab Jirinovskinin belə davranışı dillərə dastandır və jurnalist cəmiyyəti tərəfindən haqlı narazıçılığa səbəb olub”, – İttifaqın katibliyi tərəfindən yazılmış və saytda yerləşdirilmiş açıq məktubda deyilir.

“Dövlət Dumasının deputat etikası üzrə  komissiyasından artıq dərəcədə xahiş edirik ki, baş verənləri aydınlaşdırmağı və deputatın bu davranışına lazımi qiyməti verməyi xahiş edirik”, –  MJİ qeyd edib.

“Bundan öncə parlament jurnalistləri Narışkina Jirinovskinin davranışına qiymət vermək üçün ərizə vermişdilər. Aşağı palatanın sədri RLDP liderinin davranışını qınayaraq, onun yerinə üzr istəyib”, bunu Narışkinin mətbuat katibi bildirib.

RLDP fraksiyasında şərh verməkdən isə imtina ediblər.

www.oxu.az