Putinin mətbuat katibi bəyanat ilə çıxış edib….
Putinin mətbuat katibi bəyanat ilə çıxış edib.
Ermənistandakı elektrik enerjisinin qiyməti Rusiya ilə müzakirə edilə bilməz.
Oxu.Az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Elektrik enerjisinin qiyməti Ermənistanın daxili məsələsidir. Şübhəsiz ki, bu məsələ Rusiya ilə müzakirə edilə bilməz”, – deyə Dmitri Peskov Vladimir Putinlə Serj Sarkisyan arasında baş tutan telefon danışığı zamanı Ermənistandakı gərgin vəziyyətin müzakirə olunub-olunmadığı ilə bağlı sualı cavablandırarkən deyib.
Peskov qeyd edib ki, məsələ ikitərəfli əlaqələr kontekstində müzakirə olunub.
“Əsasən ikitərəfli münasibətlərə diqqət ayrılıb”, – o deyib.
“İkitərəfli münasibətlər müzakirə edilib, biz bunu qeyd etdik”, RF prezidentinin mətbuat katibi bildirib.
Ermənistan prezidentinin ad günü münasibəti ilə Sarkisyan və Putin arasında telefon danışığı baş tutub, söhbət əsnasında iki ölkə arasında bütün sahələrdə münasibətlərin dərinləşməsi və inkişafı məsələləri müzakirə edilib.