KVN-də Azərbaycana qarşı erməni təxribatı

Maslyakov da bunu özündə ehtiva edən sənədi imzalayıb.

 

Maslyakov da bunu özündə ehtiva edən sənədi imzalayıb.

Azərbaycana qarşı növbəti təxribatçı addım atılıb.

2015-ci ilin yanvarın 12-dən 25-dək Soçidə keçiriləcək KVN (Şən və Hazırcavablar Klubu (ŞHK)) komandalarının “KİVİN 2015” beynəlxalq festivalına Azərbaycanın işğal altındakı torpaqlarında yaradılmış qondarma “Dağlıq Qarabağ Respublikasının” separatçı rejimi də dəvət olunub.

Oxu.Az Modern.az-a istinadən xəbər verir ki, Beynəlxalq KVN İttifaqının rəsmi saytında bu barədə məlumat yerləşdirilib.

Belə ki, ittifaq “Dağlıq Qarabağ”ı ayrıca komanda şəklində festivalda iştirak etmək üçün qeydiyyatdan keçirib.

Beynəlxalq KVN İttifaqının prezidenti Aleksandr Maslyakov da bunu özündə ehtiva edən sənədi imzalayıb, Dağlıq Qarabağ separatçılarına dəvət üçün məktubla müraciət edib.

www.oxu.az