Filmin elmi məsləhətçisi tarix elmləri doktoru Həcər Verdiyevadır….
Filmin elmi məsləhətçisi tarix elmləri doktoru Həcər Verdiyevadır.
Bu gün Azərbaycanın Latviyadakı səfirliyində “Ermənilərin Qafqaza köçürülməsinin xronikası” filminin təqdimatı olub. Film Azərbaycan Prezidenti yanında QHT-yə (Qeyri hökumət təşkilatları) Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “İctimaiyyətlə əlaqələrin inkişafına yardım” QHT tərəfindən hazırlanıb.
Filmin müəllifi Bakı Slavyan Universitetinin dosenti Şəlalə Həsənova, tarixi hadisələrin icması ilə çıxış edib, bu tarixi hadisələr filmin əsasını təşkil edir.
O qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin əsas məsələlərindən biri cənubi Qafqaz köçkünlərinin gəlmə və yerli olmasıdır. Qərbi elmi-siyasi çevrələrdə hələ də məsələnin saxtalaşdırılmış erməni təqdimatı nəzərdən keçirilir, bu isə ermənilərin Qafqaza gəlmələri barədə təkzibedilməz faktların dünya ictimaiyyətinə çatdırılmasının labüdlüyünü diktə edir.
Bu məsələdən çıxış edərək filmin xronikası ermənilərin Balkan yarımadasından, daha dəqiq Fessaliyə və Frakiyadan kiçik Asiyaya – Friqiyaya, daha sonra Frat çayına və Van gölünə köçdükləri qədim zamandan başlayır. Antik müəlliflərə və XX əsrin birinci yarısının ermənipərəst alimlərinə istinadlar sübut edir ki, Kiçik Asiya, əsasən də müasir Türkiyə ərazisi ermənilərin vətəni olmayıb.
Bu faktlar arxeoloji və antropoloji sübutlarla əsaslandırılıb.
33 dəqiqəlik filmin fabulası, ermənilərin Qafqaza “Türkmənçay” müqaviləsinin imzalanmasından daha öncə mütəmadi olaraq gəlmələrinə dair tarixi mərhələ üzərində qurulub. Beləliklə də, Ermənistanın Qafqazda XX əsrin əvvəllərində peyda olmasına vasitə olan əsas hadisələr göstərilib.
Film onlarla elmi mənbə, xəritə, unikal sənədlər və Azərbaycan İrəvanının elit zədaganlığının fotoşəkilləri əsasında hazırlanıb. Təqdim edilən faktlar sırf erməni və qərbi müəlliflərin sitatları ilə şərh edilir, bu isə onların əsaslı və həqiqətəuyğun olduğunu sübut edir. Filmin elmi məsləhətçisi tarix elmləri doktoru Həcər Verdiyevadır.
Ş.Həsənova Azərbaycanın Latviyadakı fövqəladə və səlahiyyətli səfiri Elman Zeynalova filmin diplomatik korpusa təqdim etmək üçün yaratdığı imkana və göstərdiyi dəstək üçün təşəkkürünü bildirib.
/Oxu.az/