Lavrov: ABŞ sanksiyaların köməyi ilə Rusiyada rejimi dəyişməyə çalışır

“Bəzi siyasətçilər heç bunu gizlətmirlər də”…

“Bəzi siyasətçilər heç bunu gizlətmirlər də”.

ABŞ-ın sanksiyaların köməyi ilə Rusiyada sabitliyi pozmağa və rejimi dəyişməyə cəhd göstərdiyini güman etmək üçün çox ciddi səbəblər var.

Oxu.Az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey LavrovFrance 24 telekanalına müsahibəsində bildirib.

“Mənim bunun belə olduğunu güman etmək üçün çox ciddi səbəblərim var”, – deyə, Lavrov müvafiq suala cavab olaraq, qeyd edib.

“Bəzi siyasətçilər heç bunu gizlətmirlər də”, – deyə, o əlavə edib.

Nazirin sözlərinə görə, Moskva Avropa İttifaqı və bəzi böyük Avropa ölkələrinin ABŞ-dan asılı olmadığını düşünməklə, yanlışlığa yol verib.

www.oxu.az