Lavrov: Ukraynada sülhün bərqərar olmasına şans var

“Çətinliklə də olsa, barışıq əldə olunub”…

“Çətinliklə də olsa, barışıq əldə olunub”.

Rusiya Federasiyasının XİN başçısı Sergey Lavrov hesab edir ki, Ukraynada sülh əldə etmək üçün şans yaranıb.

Oxu.Az Rusiya KİV-nə istinadən xəbər verir ki, o, bu barədə Qorçakov adına İctimai Diplomatiyaya Dəstək  Fondunun proqramının iştirakçıları ilə görüşdə bəyan edib.  

“Ukraynada sülh bərqərar etmək üçün şans yaranıb. Çətinliklə də olsa, barışıq əldə olunub, atəşkəs rejimi yaradılıb”, – məmur qeyd edib.

Lavrov hesab edir ki, Donbassda münaqişə üzrə əlaqələndirici qrupun işini bərpa etmək labüddür.

“Biz, Rusiya və ATƏT nümayəndələri və Ukrayna hakimiyyəti nümayəndələri ilə  qondarma Donetsk və Luqansk xalq respublikalarının nümayəndələrinin iştirakı ilə əlaqləndirici qrupun işini bərpa etməyin yollarını tapmalıyıq”, – o bəyan edib.

Lavrov konstruiktiv danışıqlar üçün bazanın mövcudluğunu bildirib.

“Digər məsələlər üzrə də irəliləmək üçün, o cümlədən Donbasda iqtisadi bərpa və sonda bütün regionların, eləcə də siyasi qüvvələrin iştirakı ilə Ukraynada konstitusion islahatlara gətirib çıxaracaq siyasi dialoqun bərpası üçün də konstruktiv bazamız var”, – nazir bildirib.

www.oxu.az