“Heç kim kiçik və ya böyük dövlətə diktə edə bilməz”…
“Heç kim kiçik və ya böyük dövlətə diktə edə bilməz”.
Ukrayna bu gün bütün Avropada sülh üçün, bizim üçün mübarizə aparır. Əgər terrorçu dövlət öz qonşusuna qarşı aqressiyanı dayandırmazsa, bu aqressiya Avropa və daha uzağa yayıla bilər.
Oxu.Az xəbər verir ki, o, bu barədə LRT teleradio şirkətinə verdiyi müsahibədə bildirib.
Qribauskaytenin dəyərləndirməsinə görə, Ukraynanın siyasi, humanitar və hərbi dəstəyə ehtiyacı var, bütün bunlar ona “təsir altına düşmədən, hərbi müdaxiləsiz, aqressiyasız” Avropa istiqamətində addımlamaq üçün lazımdır.
Litva prezidentinin qeyd etdiyi kimi, digər Avropa dövlətləri kimi Litva da anlayır ki, sülh üçün mübarizə aparmaq və onu qorumaq lazımdır, heç kim kiçik və ya böyük dövlətə necə yaşamasını diktə edə bilməz.