Londonun Xitrou aeroportunda 100-dən artıq reys ləğv edilib

Səbəb güclü külək və yağışlar olub…

Səbəb güclü külək və yağışlar olub.

Qonzalo siklonu bu səhər Böyük Britaniyaya çatıb.

Oxu.Az britaniya KİV-nə istinadən xəbər verir ki. Güclü külək və leysan yağışlar şəhər və dəmiryol nəqliyyatında fasilələrə, eləcə də Londonun Xitrou aeroportunda 110 və ya 10% reysin ləğv edilməsinə səbəb olub.

Reyslərin ləğv olunması Frankfurt və Münhen, eləcə də Karib hövzəsi ölkələrinə aid olacaq.

Əlverişsiz hava şəraiti nəticəsində Şotlandiyada, Uelsdə və Kornuelldə yüzlərlə ev elektriksiz qalıb.

Sinoptikləirin məlumatına görə, Böyük Britaniyada siklonun gəlişi ilə əlaqədar fırtına gözlənilir. Əsasən Şimali İrlandiyada küləyin sürəti hal-hazırda 20 m/s çatır.

Zərərçəkənlər və dağıntılar haqqında məlumat daxil olmayıb.

 

/Oxu.az/