Lukaşenko: Azərbaycanı həmişə dəstəkləyəcəyik

[thumb=left]http://azerbaijanfou

“Biz sizin üçün tam açıq ölkəyik”…

“Biz sizin üçün tam açıq ölkəyik”.

Azərbaycan Belarusiya üçün əməkdaşlığı inkişaf etdirmək üçün prioritet ölkələrdəndir.

Oxu.Az BELTA-ya istinadən bildirir ki, bu barədə dövlət başçısı Aleksandr Lukaşenko bu gün Azərbaycanın baş naziri Artur Rasizadə ilə görüşdə bəyan edib.

Prezident vurğulayıb ki, Azərbaycan Belarusiyaya yaxın ölkələrdən biridir, bu iki dövlətin liderləri arasında ənənəvi, səmimi münasibətlər var.

“Bizim bütün sahələrdə əməkdaşlığımız uğurla inkişaf edir. Müəyyən çətinliklərə və problemlərə baxmayaraq, (onlar həmişə olur) bizim əməkdaşlığımızda qapalı mövzular yoxdur. Biz sizin üçün tam açıq ölkəyik, elə mal çeşidi yoxdur ki, biz onları sizə göndərə bilməyək və ya siz onları bizdə sata bilməyəsiniz. Müştərək müəssisələrin yaradılması üçün heç bir maneə yoxdur və biz Azərbaycanda bu işi görürük”, – belarus lideri qeyd edib.

Aleksandr Lukaşenko vurğulayıb:

“İstəyirəm yadda saxlayasınız ki, Belarusiya sizə çox yaxın bir ölkədir. Siz buraya sərmayə qoya bilərsiniz, biz sizi həmişə dəstəkləyəcəyik. Azərbaycan bizim üçün prioritet dövlətlərdən biridir. Yaxşı xatırlayırıq ki, bizdə çox çətin vəziyyət yarananda siz, sözün əsl mənasında, bir neçə gün ərzində bizə dostcasına kömək göstərdiniz. Biz sizin ən yaxın dostlarınızıq və bütün problemlərinizin həllində maraqlıyıq. Bu baxımdan, biz nə isə edə biləriksə, siz bizə bel bağlaya bilərsiniz”.

Artur Rasizadə öz növbəsində qeyd edib ki, Azərbaycan Belarusiya ilə münasibətləri çox yüksək qiymətləndirir, onu özünə qardaş ölkə hesab edir:

“Biz bu münasibətləri bütün istiqamətlər üzrə – həm siyasətdə, həm iqtisadiyyatda, həm də humanitar sahədə daha yüksək səviyyəyə çatdırmaq üçün bundan sonra da nə lazımdırsa, edəcəyik. Biz Belarusiyanı hər cəhətdən dəstəkləməyə həmişə hazırıq”.

www.oxu.az