Lukaşenko: Belarus Rusiyasız qala bilməz

“Heç bir tufan və qasırğalar bizə qorxulu deyil”…

“Heç bir tufan və qasırğalar bizə qorxulu deyil”.

Belarus prezidenti Aleksandr Lukaşenko ölkəsini Rusiyadan kənar təsəvvur etmədiyini bildirib.

Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, bu haqda Rusiyanın TASS agentliyi xəbər yayıb.

“Biz Rusiyadan kənarda özümüzü təsəvvür edə bilmirik. Əgər biz hər bir təhlükələrə birlikdə qarşı duracağıqsa, biz dayanmağa bacaracağıq”, – Lukaşenko bildirib.

Prezident əlavə edib ki, iqtisadiyyat münasibətlərin əsasıdır.

“Əgər ticarət-iqtisadi sferada normal əldə edəcəyiksə, onda heç bir tufan və qasırğalar bizə qorxulu deyil”, – Lukaşenko vurğulayıb.

www.oxu.az