Lukaşenko tüfeyliləri cəzalandıracaq

Bu ölkədə hər kəsi işləməyə məcbur edəcəklər…

Bu ölkədə hər kəsi işləməyə məcbur edəcəklər.

Belarusiya prezidenti Aleksandr Lukaşenko respublika qanunvericiliyinə tüfeylilik üçün cəza normasının geri qaytarılması ideyasını dəstəkləyib,Oxu.Az “İnterfaks”a istinadən xəbər verir.

“Tüfeyli anlayışını geri qaytarmaq istəyirsiniz, qaytarın. Bu, xalq üçün aydın olacaq. Sovet dövründə faydalı olan heç nəyi, o cümlədən də terminologiyanı kənara atmaq olmaz”, – Lukaşenko, ölkədə miqrasiya və məşğulluq məsələlərinə həsr edilmiş iclasda Belarusiya DİN İqor Şuneviçin müvafiq təklifini şərh edərkən bəyan edib.

İşləməyənləri bütün mümkün üsullarla işləməyə məcbur etmək lazımdır, Lukaşenko vurğulayıb. “Yanvar ayının 1-nə qədər hamının işləməsini təmin etmək, hamını işləməyə məcbur etmək üçün tədbir görülməlidir”, – belarus lideri sərəncam verib.

Belarusiya rəhbərliyi dəfələrlə tüfeylilik və himayədə yaşamaqla mübarizə haqqında dəfələrlə danışıb. 2012-ci ildə tüfeylilik üçün cəzanın tətbiq edilməsini Respublikanın parlamentinin spikerinin müavini Viktor Quminski tklif etmişdi. 2013-cü ildə isə Belarusiyanın hakimiyyəti rəhbəri işləməyən vətəndaşlardan vergi alınması təşəbbüsü ilə çıxış etmişdi.

SSRİ dövründə tüfeylilik cinayət hesab edilirdi. Mütəmadi olaraq “faydalı ictimai əməkdən” yayınanlar cinayət məcəlləsi ilə təqib edilirdilər, “parazit həyat tərzinə görə” məsuliyyətə cəlb edilirdilər. Cəza kimi azadlıqdan məhrum etmə və islah əmək işləri nəzərdə tutulurdu.

www.oxu.az