Məmmədyarov ümidlərindən danışdı

“Ermənistan qoşunlarını işğal etdiyi Azərbaycan ərazilərindən çıxartmalıdır”…

“Ermənistan qoşunlarını işğal etdiyi Azərbaycan ərazilərindən çıxartmalıdır”.

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Moskvada ATƏT-in Minsk qrupunun Rusiyadan olan həmsədri İqor Popovla görüşüb.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında bildirən nazir E.Məmmədyarovun dediyinə görə, görüşdə “status kvo”nun qəbuledilməz olduğu bir daha vurğulanıb.

“Rusiya ilk növbədə çalışır ki, münaqişənin nizamlanmasında irəliləyiş olsun. Eyni zamanda növbəti aylarda hansı istiqamətdə danışıqların aparılacağını müzakirə etdik. Ümid edirəm ki, danışıqlar intensivləşəcək”, – deyə nazir qeyd edib.

XİN rəhbəri bildirib ki, “status kvo” vəziyyəti tam şəkildə qəbuledilməzdir: 

“Ermənistan qoşunlarını işğal etdiyi Azərbaycan ərazilərindən çıxartmalıdır”.

www.oxu.az