Məşhur reper Ermənistanın yeni rəhbəri “oldu”

“Dağlıq Qarabağ indi tamamən Azərbaycanındır”….

“Dağlıq Qarabağ indi tamamən Azərbaycanındır”.

Məşhur hip-hop ifaçısı Kanye Uestın Ermənistanın prezidenti vəzifəsini tutacağı deyilir.

Oxu.Az xəbər verir ki, bu ərəfədə internetdə səs-küyə səbəb olmuş “elektromaydan”ın Ukrayna ssenarisi üzrə inkişaf edəcəyi halda, Ermənistanın gələn il üçün inkişafını təsvir edən sayt yaradılıb.

“Dağlıq Qarabağ indi tamamən Azərbaycanındır. Daha dost Azərbaycan ilə, heç bir ərazi mübahisəsi, heç bir qarşıdurma olmayacaq, Kanye Uest Ermənistan prezidenti, Kim Kardaşyan birinci xanım, baş nazir vəzifəsini isə SOAD rok-qrupunun frontmeni Serj Tankyan alacaq.

Bundan başqa, Kardaşyanların məşhur ailəsinə hökumətdə yer veriblər – Kim idman naziri, onun atalığı, keçmiş olimpiya çempionu, indi qadın-transgender Keytlin Cenner Avropalaşma üzrə nazir vəzifəsini tutub.

2016-cı ildə ermənilər də Latın əlifbasına keçərək, Avropa İttifaqından kreditlər alaraq, bayraqdan qırmızı zolağı çıxarırlar, sabiq məmurları qurban verirlər, Rusiyanı soyqırımda ittiham edirlər”.

Beləliklə, portalın müəllifləri Ermənistan xalqına Kiyevin yolu ilə gedərsə İrəvanı nəyin gözlədiyini əyani şəkildə göstərməyi qərara alıb.

www.oxu.az