MDB hökumət başçıları Aşqabadda toplandı

Müştərək sənədlərin imzalanması gözlənilir…

Müştərək sənədlərin imzalanması gözlənilir.

Noyabrın 21-də Aşqabadda Müstəqil Dövlətlər Birliyinin iştirakçı ölkələrinin hökumət başçılarının şurasının növbəti iclası öz işinə başlayıb.

Oxu.Az türkmən KİV-nə istinadən xəbər verir ki, MDB iştirakçı ölkələrinin hökumət başçılarının şurasının növbəti iclası yığcam və geniş tərkibdə keçiriləcək, sonda isə müştərək sənədlərin imzalanması gözlənilir.

MDB iştirakçı ölkələrinin hökumət başçılarının şurasının iclasında MDB ölkələrinin, 2011-ci il 18 oktyabr tarixində imzalanmış azad ticarət zonasına dair müqavilə də daxil olmaqla iqtisadi əməkdaşlığının inkişafı məsələləri, nüvə sahəsində və radiasiya təhlükəsizliyi, eləcə də humanitar və turizm sahələrində qarşılıqlı fəaliyyət müzakirə ediləcək.

www.oxu.az