MDB ölkələri dəmir yolu ilə yük daşınmaları üzrə vahid tariflər tətbiq olunacaq

“Bu tarif daimi ola bilməz”…

“Bu tarif daimi ola bilməz”.

MDB ölkələrinin dəmiryolu təşkilatları yük daşınmaları üzrə vahid tariflər tətbiq edəcəklər.

Oxu.Az APA-Economics-ə istinadən xəbər verir ki, bunu Bakıda MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının növbəti 61-ci iclasında iştirak edən MDB-nin dəmir yolu nəqliyyatı üzrə Şurasının sədri, “Rusiya Dəmir Yolları” ASC-nin prezidenti Vladimir Yakunin bildirib.

O, qeyd edib ki, beynəlxalq yük daşımalarında vahid tarifin tətbiqi haqda qərar artıq razılaşdırılıb və iclasın sabah keçiriləcək gedişində qəbul ediləcək.

“Bu tarif daimi ola bilməz. Bazarın konyunkturasının dəyişikliklərindən asılı olaraq dəyişəcək. Bu tariflər 2016-cı ildən tətbiq olunacaq “, – deyə V. Yakunin bildirib.

www.oxu.az