Dəmir Yolu Nəqliyyatı Şurasının 61-ci iclası keçiriləcək…
Dəmir Yolu Nəqliyyatı Şurasının 61-ci iclası keçiriləcək.
Oktyabrın 21-22-də Bakıda MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının 61-ci iclası keçiriləcək.
Oxu.Az AzərTac-a istinadən xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov bildirib ki, tədbirdə Şuranın 60-cı iclasında qəbul edilən qərarların yerinə yetirilməsi, bu ilin doqquz ayında dəmir yolu şəbəkəsinin istismar işlərinin yekunları, 2015-2016-cı illərdə qatarların hərəkət qrafiki və digər məsələlər müzakirə olunacaq.
Həmçinin MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının 62-ci iclasının tarixi, keçirilmə yeri və gündəliyi də təsdiqlənəcək.