Merkel yunanların borclarını silməyəcək

Kansler qənaət etməyə çağırdı…

Kansler qənaət etməyə çağırdı.

Almaniya kansleri Angela Merkel Yunanıstanın borclarını silmə imkanını istisna etdi. Almaniya hakimiyyətinin rəhbəri xatırladıb ki, özəl kreditorlar borcları silməkdən imtina ediblər, banklar isə Yunanıstana artıq bir neçə milyard bağışlayıblar.

“Mən bundan sonra da borcların silinmə imkanını görmürəm”, – Merkel vurğulayıb.

Oxu.Az bu barədə Lenta-ya istinadən xəbər verir.

Kansler xatırladıb ki, Afinaya maliyyə yardımının ayrılmasının şərti Yunanıstanda islahatların realizəsidir. Merkel qeyd edib ki, Avropa böhrandan əziyyət çəkən digər ölkələrə də olduğu kimi Yunanıstan ilə həmrəylik nümayiş etdirməyə davam edəcək, əgər bu ölkələr islahatları və qənaəti həyata keçirməyə səy göstərsələr.

“Almaniya və Aİ digər ölkələri, yeni yunan hökumətinin iqtisadi proqramını gözləməyə hazırdırlar”,- deyə Merkel əlavə edib.

Yunanıstanın yanvar ayının 25-də seçkilərdə qələbə qazanan SİRİZA partiyası xarici kreditorlardan, ilk növbədə Aİ və BVF-dan restruktizasiya və ya Yunanıstanın borclarının bir hissəsinin silinməsini tələb edib. Yunanıstanın borclarının ümumi həcmi 150 faiz ÜDM (ümumi daxili məhsul) dəyərindədir.

Yanvar ayının 30-da Yunanıstanın yeni maliyyə naziri Yannis Varufakis bəyan edib ki, Afina Avropa kreditorlarının “üçlüyü” (Aİ, Avropa Mərkəzi Bankı və BVF) ilə əməkdaşlıq etmək niyyətində deyil.

KİV-in verdiyi məlumata əsasən onun Avropa qrupunun rəhbəri Yerun Deyselblum il görüşü dava ilə sona çatıb.

Daha öncə Avropa Mərkəzi Bankı bəyan edib ki, Yunanıstanın borclarının rekonstruksiyasında və ya silinməsində iştirak etməyəcək.

www.oxu.az