Erməni diasporu hər il aprel ayında “soyqırım ” idialarını siyasi podium kimi istifadə edir. Bu sözləri Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) lideri Devlet Bahçeli deyib. Trend-in məlumatına görə, bu barədə Türkiyənin “TRT Haber ” telekanalı xəbər verib.
Bahçeli bildirib: “ABŞ-ın erməni lobbisinin maraqlarına xidmət edən qərarlarının Türkiyə üçün heç bir əhəmiyyyəti yoxdur “.
Qeyd edək ki, aprelin 10-da ABŞ Senatının Xarici əlaqələr komitəsi qondarma “erməni soyqırımı ” iddialarını dəstəkləyən qətnaməni qəbul edib.
Dünən Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu yerli “Haber7 ” telekanalına açıqlamasında deyib ki, qondarma “erməni soyqırımı ” ABŞ Senatının gündəliyinə daxil edilməyəcək: “Qondarma “erməni soyqırımı ” ABŞ Senatının gündəliyinə salınmayacaq. ABŞ dövlət katibi Con Kerri ilə telefon danışıqlarında Birləşmiş Ştatlar rəsmisi bunu bizə bəyan edib “.
Onun sözlərinə görə, Türkiyə bu məsələni yaxından izləyir. XİN rəhbəri onu da qeyd edib ki, ABŞ Senatının Xarici əlaqələr komitəsinin qondarma “erməni soyqırımı ” iddialarını dəstəkləyən qətnaməni qəbul etməsindən sonra məsələ Senatın gündəliyinə salınarsa, Türkiyə səssiz qalmayacaq.
/trend/