Milli Məclis iclas keçirəcək

Gündəmdə 8 məsələ var…

Gündəmdə 8 məsələ var.

Bu gün Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası keçiriləcək.

Oxu.Az xəbər verir ki, parlamentin mətbuat xidmətindən verilən xəbərə görə, iclasın gündəliyinə səkkiz məsələ daxildir.

İclasın gedişatı zamanı Prosessual Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə, “Yol hərəkəti”, “İslah müəssisələrində saxlanılan şəxslərin hüquq və azadlığının təmin edilməsi”, “Dəniz limanları”, “Bitkilərin mühafizəsi” haqqında və d. qanunlara dəyişikliklər edilməsi məsələləri müzakirə ediləcək.
Bununla yanaşı Hesablama Palatasının hesabatı dinləniləcək.

www.oxu.az